Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

DİN açıqlama yaydı: Ölən şəxs görün kimdir



Ağdaşda yol qəzası olub, ölən və xəsarət alanlar var.

Bu barədə  DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Yanvarın 22-si saat 22 radələrində Ağdaş şəhəri ərazisində “VAZ-21011” və “Honda” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “VAZ-21011”in sürücüsü, 1990-cı il təvəllüdlü Məmmədov İlham Azər oğlu, onun 3 sərnişini, habelə digər nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. İ.Məmmədov aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də