
Qərin anti-Rusiya sanksiyaları Avropa ölkələrinin iqtisadiyyatının durğunluğuna gətirib çıxaracaq.
Rusiya Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat və Riyaziyyat İnstitutunun (CEMI) direktoru Albert Baxtizin RİA Novosti-yə müsahibəsində bildirib ki, qadağanedici tədbirlər Almaniya, Fransa, İtaliya, eləcə də digər Aİ ölkələrinə ən çox zərbə vuracaq.
“Sayı artıq 19 minə çatan anti-Rusiya sanksiyaları Avropa İttifaqı ölkələrinə Rusiyadan daha çox ziyan vurur”, - Baxtizin bildirib.
Onun sözlərinə görə, 2024-cü il istehsalın azalması və inflyasiyanın artması ilə bağlı Aİ üçün daha bir iqtisadi durğunluq və siyasi turbulentlik ili olacaq.
Baxtizin Almaniyanın ÜDM-nin bu il 0,1% azalacağını proqnozlaşdırır. Onun sözlərinə görə, İtaliyada iqtisadiyyat cəmi 0,4%, Fransada isə 0,5% artacaq.