Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiyanın bu şəhərində meymunçiçəyi xəstəliyi yayıldı



Rusiyanın Sankt-Peterburq şəhərində Çindən gələn turistlər arasında meymunçiçəyinə iki yoluxma halı aşkarlanıb.

Bu barədə Rospotrebnadzor şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.

"Xəstəlik Honq-Konq (Çin Xalq Respublikası) inzibati rayonuna turist səfərindən qayıdan iki nəfər meymunçiçəyinə yoluxub”, - məlumatda deyilir.

Endemik virusun yaratdığı nadir xəstəliklərdən olan meymunçiçəyi Konqo və Qərbi Afrika növü olaraq ikiyə ayrılır. Adətən heyvandan insana, nadir hallarda isə insandan insana keçən virus bədəndə yüksək hərarət və qaşınma qabarcıqlarına səbəb ola bilər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də