Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ötən il dövlət büdcəsinin gəlirləri proqnozdan 5% çox olub

Ötən il dövlət büdcəsinin gəlirləri proqnozdan 5% çox olub


2023-cü il üzrə Azərbaycan Respublikasının dövlət və icmal büdcəsinin icrasına dair məlumatı açıqlanıb.

 Maliyyə Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 33890,5 mln. manat proqnoza qarşı 5,0 faiz və ya 1684,3 mln. manat artıq icra olunaraq 35574,8 mln. manat təşkil edib. Bu 2022-ci illə müqayisədə 4895,2 mln. manat və ya 16,0 faiz çoxdur.

 Qeyri-neft sektoru üzrə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 49,0 faizini təşkil etməklə (proqnoza nisbətən 1,3 faiz-bənd çox, 2022-ci illə müqayisədə isə 1,0 faiz-bənd az) 17418,4 mln. manat məbləğində icra edilib ki, bu da proqnozla nəzərdə tutulduğundan 1267,6 mln. manat (7,8 faiz), 2022-ci illə müqayisədə isə 2068,4 mln. manat və ya 13,5 faiz çoxdur.

 Vergi daxilolmaları və dövlət rüsumları üzrə dövlət büdcəsinə ümumi gəlirlərin  45,3 faizi həcmində və ya 16126,7 mln. manat vəsait daxil olub. Bu da proqnoza nisbətən 1139,7 mln. manat və ya 7,6 faiz, 2022-ci illə müqayisədə isə 583,7 mln. manat və ya 3,8 faiz çoxdur.

 Həmin vəsaitin 60,2 faizi və ya 9707,9 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə proqnoza nisbətən 722,9 mln. manat və ya 8,0 faiz, 2022-ci illə müqayisədə isə 1571,5 mln. manat və ya 19,3 faiz çox olub.

 Neft-qaz sektoru üzrə dövlət büdcəsinə təmin edilmiş vergi daxilolmaları 6418,8 mln. manat təşkil edib.Proqnoza nisbətən 416,8 mln. manat və ya 6,9 faiz çox göstəricidir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də