“Apple” Rusiyaya 1,1 milyard rubl məbləğində antiinhisar cəriməsi ödəyib.
Bu barədə "Kommersant" məlumat yayıb.
Vəsait artıq Rusiya Federasiyasının büdcəsinə köçürülüb.
2022-ci ilin iyul ayında şirkətin antiinhisar qanunlarını pozduğunu müəyyən edilib. "Apple" Rusiya iOS proqram tərtibatçılarını öz tətbiqlərində şirkətin ödəniş alətindən istifadə etməyə məcbur edib.
Hələlik şirkətdən rəsmi reaksiya yoxdur.