Ermənistan koronavirus pandemiyası ilə bu gündən əlaqədar bağladığı quru sərhədləri açıb.
RegionTV.info xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyi açıqlayıb.
“Xarici vətəndaşlar üçün Ermənistana quru sərhədləri ilə giriş məhdudiyyətləri ləğv edilib, indi bütün əcnəbilər ölkəyə həm hava, həm də quru yolu ilə daxil ola bilərlər. Artıq bütün xaricilər son 72 saat ərzində alınan mənfi COVID-19 testi nəticəsi ilə Ermənistanı ziyarət edə bilərlər”, - nazirlik bildirib.
Xəbəri paylaş