Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanın sığorta bazarı 26 % böyüyüb

Azərbaycanın sığorta bazarı 26 % böyüyüb



2023-cü ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 222,537 milyon manat sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 25,9 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 587,325 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 35,6 % çoxdur.

 12 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 48 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 44,6 manat olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də