Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Anadangəlmə ürək qüsurları ödənişsiz əməliyyat olunur

Anadangəlmə ürək qüsurları ödənişsiz əməliyyat olunur


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına dair müqavilə imzalanıb.

Agentlikdən a verilən məlumata görə, açıq tender nəticəsində bağlanmış satınalma müqaviləsinə əsasən uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması üzrə ümumilikdə 44 tibbi xidmət göstərilir. Bu xidmətlərə ürək qapaqlarının təmiri və ya dəyişdirilməsi, kardiostimulyatorların implantasiyası və dəyişdirilməsi, ürəkətrafı kisənin açılması, punksiyası və çıxarılması, ağciyər arteriyasından çıxan sol və sağ tac damarların reimplantasiyası, daralmış aorta damarına minimal invaziv yolla balonun tətbiqi, qulaqcıqarası, mədəcikarası çəpər defektlərinin protezlə bərpası, kəskin ürək çatışmazlığında qanın oksigenlə zənginləşdirilməsi və digər tibbi prosedurlar daxildir.

 

Anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlar tibb müəssisələri tərəfindən Respublika Uşaq Klinik Xəstəxanasının uşaq kardioloji şöbəsinə yönləndirilməlidir. Şöbədə aparılan müayinələrdən sonra son diaqnoz qoyulur və əməliyyat üçün tibbi göstəriş olduğu təqdirdə Bona Dea Hospitalına göndəriş verilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də