Yanvarın 12-dən bəri ABŞ-da qar fırtınası və qütb soyuqluğu səbəbindən həyatını itirənlərin sayı 43-ə yüksəlib. Aramsız qar yağması və soyuq hava səbəbiylə hər saniyə donma riskinin artdığı ABŞ-da yüzlərlə aviareys təxirə salınıb, minlərlə ev və iş yeri işıqsız qalıb.
Yanvarın 12-dən bəri davam edən qar yağışı və ölkənin müxtəlif bölgələrində 6 ştatı təsir edən soyuq hava səbəbindən Tennessi, Nyu-York, Arkanzas, Kanzas, Oreqon və Missisipi ştatlarında ölənlərin sayının 43-ə yüksəldiyi bildirilib.
Səhiyyə İdarəsi və yerli səlahiyyətlilər tərəfindən Tennessi ştatında cəmi 7 nəfərin öldüyü bildirilərkən, digər 5 ştatda isə 14 nəfərin öldüyü açıqlanıb.
Meteoroloji xidmətlər, Nyu-Yorkun Kanada ilə sərhədindəki Buffalo şəhərinin ətrafına 75 santimetrdən çox qar yağdığını, avtomobillə gediş-gəlişi demək olar ki, qeyri-mümkün etdiyini və qarla qarışan küləyin sürətinin bəzi yerlərdə saatda 65 kilometrə çatacağını bildirdi.