
İsrail Dövləti Fələstin Muxtariyyətini zəiflətmək üçün Fələstinin HƏMAS silahlı qruplaşmasının yaradılmasını maliyyələşdirib.
“Times of Israel”-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət departamentinin rəhbəri Xosep Borrell deyib.
Borrell Valyadolid Universitetindəki çıxışında belə maliyyələşdirmənin təfərrüatlarını açıqlamayıb: “HƏMAS FƏTH-in rəhbərlik etdiyi Fələstin Muxtariyyətini zəiflətmək məqsədilə İsrail hökuməti tərəfindən maliyyələşdirilib”.