Müğənni İlahə İbadovanın efirlərin birində söylədiyi "Şəbnəm Tovuzlunun oxuduğu mahnıları sevmirəm. Şəxsiyyət olaraq da Şəbnəmi tanımıram. Mən Şəbnəmin sənətini görməmişəm.
Efirdə oxuduğu mahnılarını da sevmirəm. Mən bunu efir qarşısında deyirəm. Kimlərsə də məni bəyənməyə bilər. Bu isə normaldır" sözlərə həmkarı Şəbnəm Tovuzlu (Əsədova) sərt reaksiya verib.
Şəbnəm bu haqda qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb.
Şəbnəm bildirib ki, İlahə ilə aralarında inciklik yaşandığı üçün münasibətləri kəsilib:
Deyir ki, mən onun mahnılarını eşitməmişəm. Necə, yəni eşitməmisən? Bəlkə də avtomobilində disk şəklində mənim oxuduğum mahnılar var. Əgər dinləmirsinizsə, o zaman niyə verilişdə hind notlarında bir mahnı oxudunuz. Muğam ifaçısı idinizsə, bu cür mahnı yox, muğam oxuyardınız. O mənim haqda çox aqressiv danışdı. O xanıma hər zaman hörmətim olub. Deyir ki, sevmirəm də... Ondansa deyin ki, Allah hamının ruzisini versin. Sevmə, kim deyir ki, sev... Ən azından tanışlığımız və ünsiyyətimiz olub. Bunları efirdə demək lazımdır. Real olun! Bir-birimizi tədbirlərdə də görmüşük, toyda da olmuşuq. Mehribanlığımız da olub... Bu söhbətlərdən sonra biz danışmamışıq".