Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əhali arasında yayılan xəstəlik nədir? - TƏBİB-dən AÇIQLAMA




Hər il olduğu kimi, payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar tənəffüs yolu infeksiyalarında artım müşahidə edilir.
 
Bu barədə  TƏBİB məlumat verilib.
Qeyd edilib ki, son günlərdə insanlar arasında boğaz qıcıqlanması, boğaz ağrısı, yüksək olmayan temperatur, oynaqlarda ağrı, burun tutulması simptomları ilə müşayiət olunan tənəffüs yolu infeksiyalarından şikayətlər artıb.
 
"Hətta bəzi xəstələrdə iybilmə, dadbilmə duyğusunun itirilməsi də müşahidə olunur. Xəstələr bunun COVID-19 virusunun yeni variantlarından biri olduğunu düşünərək təşviş keçirirlər, lakin buna heç bir əsas yoxdur. Tənəffüs yolu infeksiyalarının (qrip, kəskin respirator xəstəliklər və s.) bəzilərində iybilmə və dadbilmə duyğusunun itirilməsi şikayətləri müşahidə edilə bilər. Mövsümlə əlaqədar sadaladığımız şikayətlərlə həkimə müraciət sayında artım olması, hər zamankı kimi, gözləniləndir.
 
Payız-qış fəsli daxil olandan bəri, TƏBİB respirator infeksiyaların artacağı ilə bağlı dəfələrlə əhaliyə çağırışlar edib, respirator gigiyena qaydalarına əməl etmələri tövsiyə olunub, qrip vaksinlərinin tətbiqi həyata keçirilib və keçirilməkdə davam edir", - deyə əlavə edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də