Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fransaya sanksiya tətbiq edilsin, şirkətləri ölkədən qovulsun - Deputatlardan ÇAĞIRIŞ

Fransaya sanksiya tətbiq edilsin, şirkətləri ölkədən qovulsun - Deputatlardan ÇAĞIRIŞ


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa ilə əlaqədar hökumətə çağırış edib.

 Bu barədə Komitənin bəyanatında deyilir.

 Komitə Azərbaycan Respublikası Hökumətini aşağıdakı tədbirlərin görülməsinə çağırıb.

1. Fransaya qarşı sanksiyalar tətbiq edilsin.

2. Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulsun.

3. Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın.

4. Total da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın.

5. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsin.

6. Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımlar atsın”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də