Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda hansı fəxri adlar verilir... - ARAŞDIRMA

Azərbaycanda hansı fəxri adlar verilir... - ARAŞDIRMA


Əməkdar artist Aygün Hümmətova (Bəylər) bir müddət öncə vəfat edəndə fəxri adlarla bağlı məsələ gündəm oldu. Cəmiyyətin müəyyən kəsimi Aygün Bəylərə niyə indiyə kimi "Xalq artisti" fəxri adının verilməməsinə görə az qala sosial şəbəkələrdə üsyan etdi.

Eyni zamanda, buna qarşı çıxanlar da oldu ki, keçmiş sovet imperiyasından miras qalan fəxri titullar niyə indiyə kimi ləğv olunmayıb...

Bütün bunlara rəğmən Azərbaycanda fəxri ad sahiblərinin sayı hər il artır. Amma hər dəfə fəxri adların verilməsindən sonra qalmaqallar, intriqalar, narazılıqlar yaşanır.

Uzun illərdir mədəniyyət, incəsənət, ədəbiyyat adamları fəxri ad davası edirlər: kimi fəxri adlara layiq görülməməsini ədalətsizlik hesab edir, kimi də fəxri adların ləğvini istəyir...

“Fəxri ad qalmaqalı” xüsusilə müğənnilərin iştirakı ilə baş verir. Ad almayanlar ad alanları “bir qara qəpiklik sənəti olmayan kəslər” adlandırır. Qarşı tərəf də cavabsız qalmır, “onların sənəti olsaydı, ad verilərdi” ittihamını səsləndirir. Qarşılıqlı ittihamlar tədricən təhqirlərə keçir.

Elə bununla bağlı qalmaqallardan bir müğənnilər mərhum Aygün Bəylərlə Röya Ayxan arasında yaşanmışdı. ARB TV-də Əməkdar artist Aygün Bəylər Xalq artisti Röya Ayxanın səsinin olmadığını bildirmiş, özünün onunla eyni sırada tutulmasına və ikincinin sənətkar adlandırılmasına qarşı çıxaraq verilişi tərk etmişdi.

Maraqlıdır, hər zaman mübahisələrə yol açan fəxri adların verilməsinə nə vaxtdan başlanılıb, Azərbaycanda neçə fəxri ad var?

Modern.az saytı bu suallara cavab tapmaq məqsədilə kiçik bir araşdırma aparıb.
 

Məlum olub ki, Azərbaycanda ilk fəxri adlar tariximizin sovet dövründə təsis olunub. 1928-78-ci illərdə Azərbaycanda "Azərbaycan SSR xalq artisti", "Azərbaycan SSR xalq yazıçısı", "Azərbaycan SSR əməkdar elm xadimi", "Azərbaycan SSR əməkdar müəllimi", "Azərbaycan SSR əməkdar səhiyyə işçisi" kimi fəxri adlar verilib.

Sonradan Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli fərmanı ilə 45 fəxri ad müəyyən edilib.

Azərbaycanda mədəniyyətin, ədəbiyyatın, elm və təhsilin, iqtisadiyyatın inkişafında böyük xidmətləri olan bir sıra şəxslər sovetlər dövründə müxtəlif fəxri adlara layiq görülüblər.


Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra - 1993-98-ci illərdə heç bir fəxri ad verilməyib.

22 may 1998-ci il tarixində mərhum dövlət başçısı Heydər Əliyev Azərbaycan Respublikasının fəxri adları haqqında yeni Fərman imzalayıb.

Yeni hüquqi sənəd qüvvəyə mindikdən sonra Azərbaycanda fəxri adların verilməsi davam etdirilib.

Beləliklə, 1998-ci ildən ta bu günüdək mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, bədən tərbiyəsi və idman, jurnalistika, mühəndislik, habelə dövlət qulluğu, hüquq, kənd təsərrüfatı, mülki aviasiya sahələrində nailiyyətlər qazanmış şəxslərin əməyinin qiymətləndirilməsi məqsədi ilə müxtəlif fəxri adlar verilir. Rəsmi sənəddə göstərilir ki, fəxri adlar verilərkən müxtəlif təşkilatların, ayrı-ayrı vətəndaşların bu məsələ ilə əlaqədar çoxsaylı müraciətləri nəzərə alınır.

Hazırda Azərbaycan Respublikasının aşağıdakı fəxri adlar verilir:
 

Xalq yazəçısı;
Xalq şairi;
Xalq artisti;
Xalq rəssamı;
Əməkdar elm xadimi;
Əməkdar incəsənət xadimi;
Əməkdar artist;
Əməkdar rəssam;
Əməkdar mədəniyyət işçisi;
Əməkdar müəllim;
Əməkdar həkim;
Əməkdar memar;
Əməkdar dövlət qulluqçusu;
Əməkdar bədən tərbiyəsi və idman xadimi;
Əməkdar jurnalist;
Əməkdar mühəndis;
Əməkdar hüquqşünas;
Əməkdar kənd təsərrüfatı işçisi;
Əməkdar pilot;
Əməkdar tibb işçisi. 


Qeyd edək ki, fəxri ad almiş şəxslərə hər ay dövlətdən müxtəlif məbləğdə pul da verilir.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, hazırda ümumilikdə 4872 nəfər “Xalq” və “Əməkdar” fəxri adlarına görə aylıq Prezident təqaüdü alır.

Hazırda "Xalq" fəxri adına görə 259 nəfərə ayda 200 manat təqaüd ödənilir.

4613 nəfər isə “Əməkdar” fəxri adına görə ayda 150 manat təqaüd alır.

Azərbaycanda sonuncu dəfə fəxri adların verilməsi barədə sərəncam 13 dekabr 2023-cü il tarixində imzalanıb. Belə ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə bu ali təhsil ocağının rektoruna “Əməkdar incəsənət xadimi”, 9 müəlliminə isə “Əməkdar müəllim” fəxri adı verilib.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də