Milli Məclisdə hamiləlik və doğuşdan sonrakı sosial məzuniyyətin artırılması təklif olunur.
Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.
O bildrib ki, məzuniyyət günlərinin artırılıb 140 günə çatdırılması daha məqsədəuyğun olar.
“126 gün mövcud qanunvericilikdə nəzərdə tutulub. Bu rəqmini artırılıb, 140 günə çatdırılmasını təklif edirik. Həmçinin, kənd bölgələrində, digər ağır işlərdə işləyən, patoloji doğuşa, iki və üç uşaq dünyaya gətirmiş qadınların əmək məzuniyyətinin artırılmasına da baxa bilərik. Bunun üzərində işlər aparılır”, - komitə sədri qeyd edib.
Qeyd edək ki, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.