İran ordusu və İnqilab Keşikçiləri Qvardiyası (Sepah) hava hücumundan müdafiə üzrə birgə təlim keçirəcək.
Məlumatı “Tasnim” agentliyi yayıb.
Bildirilib ki, İranda “Vilayətin səmasının müdafiəsi - 1402” adı altında ixtisaslaşmış hava hücumundan müdafiə təlimləri keçiriləcək.
Təlimlərin tarixi və yeri açıqlanmayıb.