Rəşid Mahmudov koronavirusa yoluxdu
Tarix: 13-01-2021, 16:50 Xəbərə baxış: 132

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov koronavirusa yoluxub.
Dosentin COVID-19 testinin nəticəsi pozitiv çıxıb. Hazırda onun müalicəsi davam edir.
RegionTV.info xəbər verir ki, R.Mahmudov Unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib:
"Bir neçə gün öncə test verdim. Koronavirusa yoluxduğum məlum oldu. Hazırda evdə müalicə alıram. Hələ ki, səhhətim normaldır”.