Bakı buxtasının təmizlənməsi ilə bağlı proqram hazırlanır.
Bunu Bakı Şəhər İcra Hakimiyyətində keçirilən Bakının Baş planının təqdimatı mərasimində Eldar Əzizov bildirib.
O qeyd edib ki, Xəzər dənizinin səviyyəsi radikal azalıb.
"Tarix boyu iqlim dəyişikliyi ilə bağlı suallara konkret cavab tapılmayıb. Ölkə başçısı bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırıq verib. Hazırda Bakı buxtasının təmizlənməsi ilə bağlı proqram hazırlanır".