Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dəmiryol Xəstəxanası bu nazirliyin balansına verildi

Dəmiryol Xəstəxanası bu nazirliyin balansına verildi


“Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan Mərkəzi Dəmiryol Xəstəxanası bağlanıb.

 Bu barədə iddia sosial şəbəkələrdə paylaşılıb.

 Belə ki, tibb mərkəzi bağlandığı üçün həkimlər müxtəlif xəstəxanalarda çalışmağa üz tutublar.

Saytımıza açıqlamasında qurumun mətbuat xidmətinin rəisi Sənubər Nəzərli bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinin Mərkəzi Dəmiryol Xəstəxanasının balansında olan bir sıra dövlət əmlakları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib:

 " Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 dekabr tarixli 945 saylı Sərəncamına əsasən Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinin Mərkəzi Dəmiryol Xəstəxanasının balansında olan bir sıra dövlət əmlakları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib.

 Hazırda bununla əlaqədar olaraq aidiyyəti dövlət qurumları ilə birgə müvafiq təhvil-təslim işləri həyata keçirilir".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də