KXDR-in xarici işlər naziri Çoi Sonq Huinin başçılıq etdiyi KXDR-in nümayəndə heyəti Moskvadadır.
Bu barədə Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Hava limanında nümayəndə heyətini Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşları, KXDR-in Moskvadakı səfiri və digər diplomatları qarşılayıblar.
Bəlli idi ki, Çoi Sonq Hui rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə yanvarın 15-17-də Rusiya Federasiyasına rəsmi səfər edəcək.