Fransanın qərbindəki Finistere departamentinin Sen-Martin-des-Şamp şəhərində məscidi yandırmağa cəhd edilib.
Hadisə səhər namazı vaxtı baş verib.
Fransa İslam Şurası (CFCM) hadisəni pisləyib.
Faktla bağlı araşdırmalara başlanılıb. Bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin sosial şəbəkə hesabında məlumat verib.