Dubayın 68 yaşlı sakini Munir Kərim təkbaşına qeyri-adi səyahət edib. O, öz avtomobili ilə dünyanın 44 ölkəsində olub.
Onun macəralarının baş qəhrəmanı – “Suzuki Jimny” avtomobili 195 min kilometr yol qət edib. Maraqlıdır ki, bu göstəricinin 60 min kilometri Birləşmiş Ərəb Əmirlikləri hüdudlarından kənarın payına düşür. Kərimin yığcam yol-yoldaşı qeyri-adi avtomobildir: orada çarpayı, ayaq yolu və rahat səyahət üçün bütün şərait mövcuddur.
“Avtomobilin ölçüsünün kiçikliyi mənə hər bir yerdə istirahət etmək imkanı verir. Səyahət ərzində mən avtomobilimdə 31-dən çox gecə keçirmişəm”, - deyə Kərim vurğulayır.
O, 1988-ci ildə Tailanda yollanmaqla səyahətə başlayıb. Bu illər ərzində Kərim bir çox ölkədə, o cümlədən Asiya və Avropada olub, ümumilikdə 86 ölkəni ziyarət edib, təyyarə ilə 300-dən çox reysdə uçub. “Mən son 35 ildə olduğum hər bir şəhərdən suvenirlər toplamışam”, - deyə o bildirir.