Erməni Milli Konqresinin üzvü Levon Zurabyan Baş nazir Nikol Paşinyanın BBC kanalında yayımlanan “Hardtalk” verilişinə verdiyi müsahibəsini tənqid edib.
Axar.az Sputnik-ə istinadla xəbər verir ki, bu barədə L.Zurabyan öz Feysbuk hesabında bildirib.
Siyasətçi Paşinyanın çıxışını uğursuzluq hesab edərək ondan son dərəcə bərbad təəssürat aldığını qeyd edib və bildirib ki, bu müsahibə ümumiyyətlə olmamalı idi:
“Bunun bir neçə səbəbi var: ingilis dilinin yetərli olmaması, Qarabağ məsələsinin mahiyyətini bilməməsi, münaqişənin həlli ilə bağlı öz fikrinin olmaması və s.”
L.Zurabyan qeyd edib ki, baş nazir Rusiya ilə NATO arasındakı seçim sualına da düzgün cavab verə bilməyib.
Qeyd edə ki, L.Zurabyan Paşinyanla birgə 2008-ci ildə Ter-Petrosyanın seçki qərargahında təmsil olunublar. Daha sonra parlamentdə eyni fraksiyada olsalar da, sonra ayrılıblar.