Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.
Nazirlik ehtiyata və istefaya göndərilən şəxslərin adlarını açıqlamayıb.
Xatırladaq ki, mətbuatda müdafiə nazirinin müavini Ənvər Əfəndiyevin istefaya göndərildiyi barədə xəbərlər yayılıb.