Samuxda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Gəncə -Samux avtomobil yolunun 2-ci km-də qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı ağır tonajlı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı yanacaq daşıyan maşının yük çənində olan 40 tona yaxın benzin yol kənarına axıb.
Dərhal hadisə yerinə FHN- nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Baş verə biləcək yanğının qarşısını alınması istiqamətində tədbirlər həyata keçirilib. Yük maşınının yolun hərəkət hissəsinə aşması nəticəsində Gəncə -Samux yolu bir neçə saat bağlı qalıb. Əraziyə polis əməkdaşları cəlb olunub, sürücülər alternativ yollara yönləndirilib.
DYP əməkdaşları yolda hərəkəti bərpa ediblər. Faktla bağlı araşdırma aparılır.