“Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Qrant Sazişi” qüvvəyə minib.
Sənəd Türkiyənin rəsmi qəzetində dərc olunub.
Saziş Türkiyə Xəzinədarlıq və Maliyyə Nazirliyi və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında ötən ilin dekabr ayında imzalanıb.
“Türkiyə-Azərbaycan Beynəlxalq Meşə Tədris Mərkəzi və Fidanlıq Təsərrüfatı” layihəsi çərçivəsində Azərbaycana 250 milyon TL-yə (14 175 000 AZN) qədər qrant veriləcək.