Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Koçaryan deyib ki, Bakının birbaşa danışıqlara başlamaq təklifi cəlbedicidir.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
O hesab edir ki, beynəlxalq hüquq və hərbi əməliyyatların başlamamasına dair razılaşma təminat ola bilər.
Zəngəzur dəhlizi ilə bağlı danışan deputat əlavə edib ki, Bakının bununla bağlı müxtəlif istəkləri ola bilər.
"Ermənistan tərəfinin həyata keçirilməsinə mane olmaq imkanının olması, yaxud olmaması da vacibdir", - deputat bildirib.