Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə nəticələndi. Bu gün hər kəsi maraqlandıran sual Azərbaycanın mədəniyyət paytaxtı hesab olunan Şuşada, Kəlbəcərdə və digər rayonlarda ilk olaraq hansı ifrastrukturun qurulması gözlənilir?
RegionTV.info xəbər verir ki, Bununla bağlı deputat Cavanşir Paşazadə bildirib ki, biz 30 ildir ki, gözlədiyimiz arzularımızı reallaşdırmışıq:
"Bizim üçün işağdan azad olunmuş bütün torpaqlarımız əzizdir. Şuşa isə Qarabağın ürəyi hesab olunur. Ona görə də bu gün dünyanın gözü Qarabağla yanaşı, həm də Şuşadadır. Şuşada yaradılacaq infrastrukur və aparılacaq quruculuq işləri birbaşa bu şəhərin inkişafına yönələcək.
Biz Şuşanı mərkəz şəhər kimi hazırlamalıyıq. Bir çox dövlət qurumlarının və güc strukturlarınnın orada olması vacibdir. Eləcə də kənd təsəsrrüfatının inkişafı üçün münbit şərait yaradılmalıdır. Biz elə etməliyik ki, uğurlarımız dostlarımızı sevindirsin, düşmənlərimizin gözünün odunu alsın.
Şuşanı yenidən elə formalaşdırmalıyıq ki, ermənilər hər dəfə bu şəhərə baxanda bilsinlər ki, Qarabağ Azərbaycan üçün nə qədər əziz və dəyərlidir. 30 ildir ki, həsrətlə biz Şuşamıza qovuşacağımız günü gözləyirdik.Aparılan düzgün quruculuq işləri dövlətimizin, xalqımzın gücünü, iqtisadi potensialından xəbər verir".
Deputat vurğulayıb ki, işağldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün bütün lazım olan addımlar atılmalıdır:
"Orda bizim əkin üçün geniş torpaq ərazilərimiz var. Həmin torpaqlarda üzümçülüyün və digər sahələrin inkişafı üçün istifadə etmək olar. Bu gün həmin boş torpaqlardan səmərəli istifadə, iqtisadiyyatımıza müsbət təsirini göstərəcəkdir. Həmin ərazilərimizin yaraşığı və havası da buna tam imkan verir.
2021-ci ilin büdcəsi keçən illərlə müqayisədə tam fərqlidir. Təbii ki, fərqliliyi çoxluğunda deyil. Əsas fərq büdcədən 30 il ərzində həsrətində olduğumuz Qarabağımızın inkişafı üçün maliyyənin ayrılmasıdır. Ona görə də düşünürəm ki, bu ilin büdcəsi daha önəmlidir. Çünki 30 ildə ilk büdcəmizdir ki, işğaldan azad olunmuş torpaqlarımızın bərpası və məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına köçürülməsinə maliyyə ayrılır.
İşğaldan azad etdiyimiz rayon və şəhərləri dünyanın ən gözəl turizm mərkəzinə çevirəcəyik. Hesab edirəm ki, cənab prezidentimizin apardığı güclü siyasət nəticəsində iqtisadiyyatımız daha da inkişaf edəcək. Bu inkişaf nəticəsində biz ilbəil büdcəmizi daha da artıracağıq."
Deputat qeyd edib ki, işğaldan azad edilmiş rayonlarda və şəhərlərdə başqa idarəetnmə sisteminin yaradılması daha effektiv ola bilər:
"Belə ki, böyük rayonlarda komitə kimi struktur yaradılsın. Kiçik rayonların və şəhərlərin idarəsi həmin komitə tərəfindən müəyyən edilən şəxslərə həvalə edilsin. Sovet dövründə rayon rəhbərləri var idi. Onlar tez-tez hesabat verirdi.Tam yeni bir strukturun hazırlanması Azərbaycan üçün də daha yaxşı olar. Hesab edirəm ki, artıq buna gedilməyə başlanılıb".
Xəbəri paylaş