Yaponiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 213 nəfərə çatıb.
Hazırda dağıntılar altında qaldığı ehtimal edilən 52 nəfərin axtarışları davam edir.
Ümumilikdə təbii fəlakətdən 567 nəfərin xəsarət aldığı təxmin edilir.
Qeyd edək ki, yanvarın 1-dən etibarən Yaponiyada müxtəlif gücdə 300-dən çox zəlzələ baş verib ki, onlardan ən güclüsü 7,6 bal gücündə olub. Ölkənin bütün qərb sahilləri üçün sunami təhlükəsi 20 saatdan çox davam edib. Bu, 1885-ci ildən bəri Yaponiyanın bu hissəsində baş verən ən güclü zəlzələ olub.