Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Putin hər gün neçə saat idman etdiyini AÇIQLADI

Putin hər gün neçə saat idman etdiyini AÇIQLADI


Rusiya prezidenti Vladimir Putin gündə nə qədər vaxtını idmana ayırdığını deyib.

 Putin hər bir insanın sağlamlığını qorumaq üçün gündəlik idman etməli olduğunu vurğulayıb. O, idmanla məşğul olanların sayının cəmiyyətin inkişafının ən mühüm göstəricilərindən biri olduğunu qeyd edib.

“Əlbəttə, mən hər gün ən azı təxminən iki saat idman edirəm... Bu bəzən də iki saat yarım sürür - çünki idman zalı, hovuz, duş, bütün bunlar bir yerdə iki saat yarım vaxt gedir.

Mütləq iki saata ehtiyacınız yoxdur, ən azı bir saat, ən azı yarım saat... Hər bir insan bilməlidir ki, idmana vaxt ayırmaq lazımdır. Hətta müəyyən göstəricilərimiz var ki, biz ölkədə onlara nail olmalıyıq: ölkədə nə qədər insan bədən tərbiyəsi və idmanla məşğul olmalıdır... Bu, cəmiyyətin inkişafının ən mühüm sosial göstəricilərindən biridir”, - Putin qeyd edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də