Ukrayna ətrafında vəziyyətin sülh yolu ilə nizamlanması prosesində irəliləyiş yoxdur, ona görə də Rusiya hərbi əməliyyatlarını davam etdirir.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərini Rusiya mətbuatı sitat gətirib.
“Bəzi sülh prosesləri üçün burada hələ də boşluq var. Prosesləri Zelenskinin bu “sülh formulu” ilə izah etmək tamamilə çətindir: Rusiyanın iştirakı olmadan hansısa “sülh formulunu” müzakirə edən ölkələrin birləşməsi. Çox qəribə prosesdir, amma başqa heç nə yoxdur, yəni bununla bağlı ciddi heç nə yoxdur”, - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi deyib.