Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda dəhşət: Kişi baldızını öldürdü

Şəkidə qətl hadisəsi baş verib.
RegionTV.info Bu barədə Şəki rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, yanvarın 12-i saat 23 radələrində Şəki rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədova Ruqiyə Şükür qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla zərərçəkmişin bacısının əri, 1984-cü il təvəllüdlü Cəlilov Rahim Tahir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ruqiyə Əhmədovaya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Rahim Cəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də