Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki rusiyalı hərbçi saxlanılıb.
Yanvarın 6-da Şirak vilayətinin Arapi kəndində yoxlama aparan patrul xidmətinin əməkdaşları “Opel” markalı avtomobili saxlayıb, onun sürücüsü M.S. avtomobildən düşərkən ağ kütlə ilə yerə bir şüşə və polietilen torba atıb.
Sürücü və üç sərnişin - A.P., V.T (hər ikisi Rusiya hərbi qulluqçuları) və A.O (Arapı kənd sakini) saxlanılaraq Axuryan şöbəsinə aparılıb.
Həmin şəxslərin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şübhələr var.