Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında da müzakirələr aparılıb.
Qurumdan verilən xəbərə görə, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, Sərəncamda Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş Tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.