Respublika Perinatal Mərkəzdə yanğın hadisəsindən sonra şöbəmizə 11 körpə daxil olub.
Bunu Kliniki Tibbi Mərkəzin uzman həkimi Ramin Mahmudov jurnalistlərə açıqlamasında deyib.
Onlardan 5-i oğlan, 6-sı qızdır. O bildirib ki, körpələr xəstəxanaya daxil olduqlarında vəziyyətləri stabil olub:
“Hazırda körpələrə bütün lazımi yardımlar göstərilir. Körpələrin vəziyyəti stabildir. Hansısa patologiya görülmür”.