Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Təqsirli şəxslər məsuliyyətə cəlb olunacaq - Baş Prokuror

Təqsirli şəxslər məsuliyyətə cəlb olunacaq - Baş Prokuror


Respublika Perinatal Mərkəzində yanğın gecə saat 03:05 radələrində başlayıb.

 Bu barədə Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, növbətçi həkim 7 dəqiqə sonra otağa daxil olub, aidiyyəti qurumlara məlumat verib:

 “Təbii ki, qısa müddətdə yanğının digər şöbələrə keçməsinin qarşısı alınıb. Lakin təəssüf ki, 4 körpənin həyatını xilas etmək mümkün olmayıb. Onlar intensiv terapiya şöbəsində küvəz aparatlarında olublar. Bizə bütün hadisələri diqqətlə araşdırmağımız üçün vaxt lazımdır. Təqsirli şəxslər məsuliyyətə cəlb olunacaq. Bütün zərərçəkmişlərə, hazırda müalicə alanlara şəfa diləyirik”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də