Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zelenski Davosa gedir

Zelenski Davosa gedir


Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 15-dən 19-dək Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak edə bilər.

Ukrayna liderinin Bern şəhərinə də səfəri gözlənilir. Lakin həmin səfərlərin baş tutacağı dəqiq deyil. Hər şey Ukraynadakı vəziyyətdən asılı olacaq. Səfər baş tutmasa, Volodimir Zelenski foruma video bağlantı vasitəsilə qatılacaq.

 Qeyd edək ki, ötən ilin dekabr ayında İsveçrə Xarici İşlər Nazirliyinin kommunikasiya xidmətinin rəhbəri Nikola Bido yanvarın 14-də Davosda milli təhlükəsizlik müşavirlərinin Ukraynanın “sülh formuluna” həsr olunan görüşünün keçiriləcəyini bildirib. Görüş İsveçrə və Ukrayna tərəfindən birgə təşkil olunacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də