Respublika Perinatal Mərkəzində baş verən yanğın elektrik mənşəlidir.
Bunu jurnalistlərə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, ekspertizanın rəyindən sonra körpələrin ölüm səbəblərinin yanıq mənşəli, yoxsa boğulma nəticəsində olduğu bəlli olacaq.
Kamran Əliyev qeyd edib ki, Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir:
"Cənab Prezident və Birinci Vitse-prezidentin tapşırığı ilə hadisə yerindəyik. Bu iş ölkə rəhbərliyinin nəzarətindədir. Faktla bağlı aidiyyəti maddələrlə cinayət işi başlanıb".