Rusiyanın bir sıra “dost olmayan” ölkələrin ərazisindəki konsulluqları prezident seçkiləri üçün səsvermə məntəqələri açmayacaq.
Bu barədə “Vedomosti” diplomatik dairələrdəki mənbəyə istinadən yazıb.
Mənbənin sözlərinə görə, hökumətin müvafiq siyahıya daxil etdiyi dövlətlərin əhəmiyyətli hissəsindən - 49-dan söhbət gedir.
Nəşrin adını açıqlamayan həmsöhbətinin aydınlaşdırdığı kimi, hələ yekun qərar verilməyib. Hazırda bu mövzu ilə bağlı məsləhətləşmələr aparılır.