Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüşə hazırlıq gedir.
Bu barədə RİA agentliyinə Türkiyə Prezidenti Administrasiyasından məlumat verilib.
Qeyd olunub ki, iki ölkə liderinin görüş detalları diplomatik kanallar vasitəsilə razılaşdırılır: "Görüş gündəmdədir, diplomatik kanallarla müvafiq işlər aparılır. Hələlik konkret bir razılıq yoxdur".
Qeyd edək ki, V.Putin 2024-cü ilin əvvəlində Ərdoğanla görüş təyin olunduğunu bildirmişdi.