“Əfqanıstanda bizə məlum olan bir nəfər vətəndaşımız yaşayır”.
Bunu Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumatda sözügedən şəxsin adı və soyadı açıqlanmayıb.
Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov da dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında bu il Əfqanıstanda diplomatik missiyamızın fəaliyyətə başlayacağını bildirib.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 28 iyul 2021-cu il tarixli Sərəncamı ilə İlham Məmmədov ölkəmizin Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub.