Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Barmaq izindən xərçəngi aşkarlayan test hazırlandı

Barmaq izindən xərçəngi aşkarlayan test hazırlandı


Erkən diaqnoz xərçənglə mübarizədə insan həyatını xilas edir. İngiltərədə tədqiqatçılar barmaq izlərindən süd vəzisi xərçəngini erkən aşkar edə bilən yeni test hazırlayıblar.

Şeffild Hallam Universitetinin mütəxəssisləri tərəfindən hazırlanan test işə yarayarsa, ilkin diaqnoz üçün mammoqrafiyanı əvəz edə bilər.

Test xüsusi cihaza barmaq izinin verilməsi ilə işləyir və bu, bir neçə saniyə ərzində baş verir. Həkimlər vurğulayır ki, xərçəng hüceyrələrindən yayılan zülalları aşkar etməklə süd vəzi xərçənginin diaqnozu erkən qoyula bilər.

 Mütəxəssislər son dərəcə sadə və konkret bir testin xəstələrin həyatını daha da asanlaşdıracağını bildirirlər. Son 15 ildir ki, inkişaf mərhələsində olan sistemin sınaqları davam edir. Diqqətə çatdırılır ki, texnologiyada istifadə olunan cihazlarla barmaq izi sahibinin narkotik maddə istifadə edib-etmədiyini də anlamaq mümkündür.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də