Hazırda Kürdəmir, Şəki və Bakı şəhərinin Nəsimi, Nərimanov və Pirallahı rayon prokurorluqlarının yeni inzibati binalarının tikintisi davam etdirilir.
Bu barədə Baş Prokurorluqda keçirilmiş əməliyyat müşavirəsində məlumat verilib.
Xüsusilə vurğulanıb ki, tabe qurumların infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlər çərçivəsində 2023-cü ildə Laçın və Qəbələ rayon prokurorluqlarının yeni inzibati binalarının açılışı olub.