Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında İstanbuldakı Vahdettin Köşkündə görüş başlayıb.
Görüş Blinkenin Türkiyəyə səfəri çərçivəsində mümkün olub.
Bu görüşdən sonra Blinkenin prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.
Blinken İsrailin Qəzzaya hücumlarının başladığı 7 oktyabrdan bəri dördüncü bölgə turuna çıxıb. Bu dəfə İstanbula gələn Blinkenin oradan Yunanıstana gedəcəyi gözlənilir. Yunanıstandan sonra İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə də səfər edəcək və danışıqlar aparacaq.