Rusiya Hindistana Ukraynaya bu ölkənin istehsalı olan mərmilərinin verilməsindən narahatlığını bildirib.
, Hindistanın təhlükəsizlik xidməti Sloveniya və ya Polşa ərazisindən aparıla biləcək mərmilərlə bağlı məlumatları araşdırır.
Məlumata görə, mənbələr 2023-cü ilin üçüncü rübündə 155 mm-lik Hindistan mərmilərinin Ukrayna Silahlı Qüvvələrinin istifadəsinə verildiyini bildirir. İddia olunur ki, Pakistan hərbi əməliyyatlar başlayandan bəri Ukraynaya aktiv mərmi tədarükçüsüdür. Daha əvvəl nəşr mənbələrə istinadən xəbər vermişdi ki, İslamabad İordaniya və Polşa vasitəsilə Kiyevə hava hücumundan müdafiə vasitələri, raket buraxılış sistemləri, təmir-bərpa maşınları, patronlar və ehtiyat hissələri tədarük edib.
Yanvarın 4-də Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval Ukraynaya artilleriya sursatının tədarükü ilə bağlı xəbərləri təkzib edib. 2023-cü ilin fevralında Hindistan BMT-də Ukraynadakı döyüşləri pisləmək üçün səsvermədə bitərəf qalıb. Ötən ilin aprelində Ukrayna Xarici İşlər Nazirliyi Hindistanı münaqişənin həllində daha mühüm rol oynamağa çağırıb.
Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.