Türkiyənin İstanbul Prokurorluğu tanınmış jurnalist Fatih Altaylını ifadə verməyə çağırıb.
Sosial şəbəkələrdəki bəzi paylaşımlarına görə Altaylı ifadə verib.
Ondan “cinayəti və cinayətkarı tərifləmək” və “ictimaiyyətin bir hissəsini açıq şəkildə kin və düşmənçiliyə sövq etmək və alçaltmaq” ittihamları ilə ifadə alınıb.
Təxminən 1 saatlıq ifadədən sonra Fatih Altaylının ölkədən çıxışına qadağa qoyularaq sərbəst buraxılıb.
Altaylı həmçinin ədliyyə nəzarətinə verilib.