"Alyaska Hava Yolları"na məxsus sərnişin təyyarəsi Portlendə məcburi eniş edib.
Buna səbəb pəncərənin təyyarədən qopması və gövdənin bir parçasının yerindən çıxması olub.
Xəsarət alanlar barədə məlumat verilməyib. Təyyarə Portlenddən Ontarioya uçurmuş. Nasazlıq səbəbindən geriyə qayıtmalı olub.
ABŞ Federal Aviasiya Administrasiyasının məlumatına görə, "Boeing 737-9 MAX" təyyarəsi cəmi iki ay əvvəl konveyerdən çıxıb.