
ABŞ-da 1964-cü ildə Meri Poppinsin filminə uyğunlaşdırılan "Xanım Benks" rolu ilə məşhurlaşan Toni mükafatlı aktrisa Qlins Cons 100 yaşında Los-Ancelesdə vəfat edib.
Bu barədə onun meneceri Mitch Clem Associated Press-ə bildirib.
O, aktrisanın qocalar evində təbii səbəblərdən dünyasını dəyişdiyini açıqlayıb.
"Bu gün kədərli bir gündür. O, köhnə Hollivudun sonuncusu idi", - Klem əlavə edib.
Glynse Jones 1923-cü ildə valideynlərinin turist kimi gəldiyi Cənubi Afrikanın Pretoriya şəhərində anadan olub. O, 1938-ci ildə 15 yaşında ikən kinoda debüt etdi və 90-dan çox filmdə rol alaraq 1999-cu ildə təqaüdə çıxdı.