Türkiyə Milli Müdafiə Nazirliyinin (MMN) mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri kont-admiral Zeki Aktürk Türkiyənin Azərbaycan da daxil olmaqla dost və müttəfiq ölkələrin haqlı davalarına dəstək verməyə davam etdiyini bildirib.
Bu barədə nazirlik rəsmisi həftəlik keçirlən mətbuat konfransında deyib.
"Türk Silahlı Qüvvələrimiz Kipr, Azərbaycan, Liviya, Kosovo, Bosniya və Herseqovina, Qətər, Somali və bir çox başqa bölgələrdə uğurla xidmət edir. Qardaş, dost və müttəfiq ölkələrin ədalətli mübarizəsinə dəstək verməkdə davam edirik", - deyə o vurğulayıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonunda fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində işini davam etdirir.