"Vəkil Zaur Məmmədov özünü yandıranda mantiyası əynində olmayıb".
Bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova bilidirib.
"Əziz həmkarlar, dostlar! Mərhum vəkil Zaur Məmmədov bizim büroda - yəni 20 saylı Vəkil Bürosunda fəaliyyət göstərib, sonra isə öz istəyi ilə Salyan Vəkil Bürosuna keçmişdi. Onu yaxşı tanıyan həmkarları kimi, bu gün mən büromuzun digər vəkil həmkarları ilə birgə onun yas məclisində olduq. Anası, bacısı, qardaşı, atası və digər qohumları ilə söhbət etdik. Bildirdilər ki, hadisə vaxtı mərhumun mantiyası əynində və ya yanında olmayıb. Mantiyası da, çantası da evdədir. O, idman geyimində olub. Bu məlumatı bildirməyi özümə borc bildim. Çünki sosial şəbəkələrdə bəzi paylaşımlarda onun özünü yandırarkən əynində mantiyası olduğunu bildirirlər. Allah həmkarımıza rəhmət eləsin!"